Arda Turan Mustafa Dənizli haqda nələr dedi?

03:30 - 29 May 2014

"Dənizlinin karyerasını yalnız “Xəzər Lənkəran”dan ibarət deyil"
 
"Atletiko"nun türk yarımmüdafiəçisi Arda Turan açıqlamasında Mustafa Dənizlinin “Xəzər Lənkəran”dakı uğursuzluğuna münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, o, bu barədə bunları dilə gətirib:

“Mustafa Dənizli təcrübəli mütəxəssisdir. O, Türkiyədə öz sözünü demiş ən böyük məşqçilərdən biridir. Onun böyük təcrübəsi var. Dənizlinin karyerasını yalnız “Xəzər Lənkəran”dan ibarət deyil. Bu uğursuzluq hər bir baş məşqçinin karyerasında ola bilər".

Xəbər xətti