"Atletiko"nun futbolçusu milli komandadan uzaqlaşdırıldı

17:06 - 30 May 2014

Arda Turan millidə çıxış etməyəcək
 
Arda Turanın adı Türkiyə millisinin yoldaşlıq oyunları üçün genişləndirilmiş heyətindən çıxarılıb.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının finalında "Real"la matçda zədə səbəbindən oynaya bilməyən yarımmüdafiəçi yığmanın baş məşqçisi Fatih Terimlə görüşüb. Görüş zamanı A.Turanın ağır bir mövsümü geridə qoyduğu nəzərə alınaraq adının heyətdən çıxarılmasına qərar verilib.

Qeyd edək ki, A.Turan La Liqanın sonuncu turunda "Barselona" ilə matçda (1:1) zədələnmişdi.

Xəbər xətti