"Simurq" bu futbolçudan cavab gözləyir

11:10 - 5 İyun 2014

 Polyak komandada qalacaq?
 
Mövsüm başa çatdıqdan sonra Anderson və Raul Kostinlə yollarını ayıran “Simurq” aparıcı oyunçusu Stepan Polyakı saxlamağa çalışacaq. 
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin klubla müqaviləsi başa çatıb. Amma baş məşqçi Georgi Çixradze onu növbəti mövsüm üçün qurulacaq heyətdə də düşünür.

Odur ki, “Simurq” Polyaka müqavilə təklif edib və ondan cavab gözləyir.

Xəbər xətti