Millinin üzvü dənizdə boğularaq vəfat edib

13:51 - 6 İyun 2014

Türkiyə futbolunda ağır itki
 
Türkiyənin "Ankaraspor" klubunda forma geyinən Sedat Yüce dənizdə batıb.
 
Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu Alanya istirahət edərkən dənizə girib və geri qayıtmayıb.

Hadisə yerinə gələn polis və xilasedicilər axşam saatlarına qədər Sedat Yüceni tapa bilməyiblər. Axtarışlar bu gün səhər saatlarından davam etdirilir.

Qeyd edək ki, futbola Amasyada başlayan və daha sonra "Samsunspor"un aşağı yaş qruplarında forma geyinən gənc futbolçu ardınca "Ankaraspor"a transfer olunmuşdu. Sedat Yüce 2013-cü ildə keçirilən Akdeniz Olimpiya Oyunları zamanın Türkiyənin U-19 yığmasının formasını geyinmişdi.

Xəbər xətti