"Neftçi" növbəti mövsümün hazırlıqlarına start verdi

16:53 - 6 İyun 2014

Komanda 6 gün sonra Türkiyəyə yollanacaq
 
“Neftçi” yeni mövsümün hazırlığına start verib.

Sportal.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutmuş məşqdə əsasən yerli futbolçular iştirak edib. Legioner futbolçular və “Neftçi”nin milli komandaların heyətinə cəlb edilmiş üzvləri Türkiyənin Bolu şəhərində keçiriləcək hazırlıqda düşərgəyə qoşulacaq.

Qeyd edək ki, komanda 12.06.2014-cü il tarixinə kimi Bakıda hazırlıq keçəcək. Bundan sonra isə “Neftçi”nin Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq prosesi baş tutacaq.

 

Xəbər xətti