"Neftçi"nin yeni transferi tibbi müayinədən keçdi

19:01 - 6 İyun 2014

Sesilyo ilə iki illik müqavilə imzalanacaq
 
“Neftçi” PFK-nın maraq dairəsində olan braziliyalı futbolçu Kaue Sesilyo da Silva bu gün Bakıya gələrək tam tibbi müayinədən keçib.
 
Sportal.az xəbər verir ki, müayinənin müsbət nəticələrinə baxıldıqdan sonra braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. 25 yaşlı Kaue Sesilyo da Silva peşəkar futbolçu karyerasına vətəni Braziliyada başlayıb. Yarımmüdafiəçi 2010-2012-ci illərdə Portuqaliya çempionatında çıxış edib. Kaue son iki mövsümdə Rumıniyanın “Vaslui” klubunun şərəfini qoruyub.

Xəbər xətti