Dənizli Ünal Aysala göstəriş verdi

17:34 - 8 İyun 2014

"Qalatasaray"ın yeni baş məşqçisi kim olacaq?
 
"Xəzər Lənkəran"dan ayrılan və bu klubda idman direktoru kimi fəaliyyətə başlayacağı bildirilən Mustafa Dənizli "Qalatasaray"ın B planı olaraq qalır.
 
Sportal.az xəbər verir ki, "Cim-Bom" rəhbərliyi Robeto Mançininin istefasının ardından Dənizlini bu posta gətirəcək.

İyunun 15-i "Qalatasaray"da baş məşqçi məsələsinin son olaraq həllini tapacağı gündü. Türkiyə mətbuatı iddia edir ki, Dənizli bu baş məşqçi postuna 1 nömrəli namizəddi. Hətta Dənizlinin Mevlud Erdinc transferi ilə bağlı "Qalatasaray" prezidenti Ünal Aysala götəriş verdiyi bildirilir.

 

Xəbər xətti