"Sumqayıt" "Anji"nin hücumçusunu transfer edir

17:50 - 8 İyun 2014

20 yaşlı forvard komandaya qoşulmağa yaxındır
 
"Sumqayıt" hücum xəttinə Rusiyadan futbolçu transfer etmək istəyir.
 
Sportal.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi “Anji”nin üzvü Tahir Mürsəlovun xidmətində maraqlıdı.

Mürsəlov “Rubin”in yeniyetmələrdən ibarət komandasında da oynamağa macal tapıb. 20 yaşlı hücumçu “Sumqayıt”la müqavilə bağlamağa yaxındı.

Qeyd edək ki, 1994-cü ilin 9 fevralında dünyaya gələn Mürsəlovun çəkisi 74 kq, boyu 1,83 metrdi. 2009-2012-ci illərdə "Rubin"in gənclərdən ibarət komandasında oynamış forvard 2012-ci ildən "Anji"də forma geyinir.

Xəbər xətti