Mançini "Qalatasaray"dakı karyerası ilə bağlı qərarını verdi

17:22 - 9 İyun 2014

"İtaliya üçün çox darıxıram"
 
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini gələn mövsümdə klubda qalacağını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, "La Gazetta dello Sport"a  müsahibə verən italyan mütəxəssis bildirib:

"İtaliya üçün çox darıxıram. Sadəcə, buradakı həyata görə deyil, italyan futbolu üçün də darıxmışam. Amma "Qalatasaray"la iki illik müqaviləm var və yoluma orada davam edəcəyəm".

Mançini transfer məsələlərinə də toxunub: "Kalyari"dən Astoriyi istəmişdim, amma alınmadı. Balotelli üçün hansısa danışıqlara başlamamışıq. Möhtəşəm futbolçudu. Ümid edirəm ki, dünya çempionatında uğurla çıxış edəcək"

49 yaşlı italyan çalışdırıcı "sarı-qırmızılar"ın baş məşqçilik postunda Fatih Terimi əvəzləmişdi.
 
Xatırladaq ki, son vaxtlar Türkiyə mətbuatında Mançinini Mustafa Dənizlinin əvəzləyəcəyi haqqda informasiya gəzir.

Xəbər xətti