"Neftçi" Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

00:11 - 10 İyun 2014

"Ağ-qaralar" hazırlıqlarını davam etdirir
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” klubu Türkiyə toplanışına hazırlaşır. Komanda iyunun 12-də səfərə çıxmağı planlaşdırır. “Neftçi” qardaş ölkədə olduğu müddətdə əsasən fiziki hazırlığa önəm verəcək. Buna rəğmən iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.


Sportal.az xəbər verir ki, rəqiblərdən biri məlum olub. Bu, Gürcüstan Kubokunun finalçısı “Çixura”dır. Finalda “Dinamo”ya uduzan komanda “Neftçi” ilə qarşılaşmaq üçün müraciət edib.


 

Xəbər xətti