"Neftçi"nin 7 futbolçusu Moldovaya yollanır

15:42 - 11 İyun 2014

Milli komandanln heyətində 7 futbolçu
 
“Neftçi” PFK-nın 7 futbolçusu Azərbaycan U-15 yığma komandasının düşərgəsinə çağırılıb.
 
Sportal.az xəbər verir ki, Vüsal Mustafayev, Fərid Mahmudov, Soltan Mürşüdov, Məhərrəm Əhmədov, Hüseyn Hüseynzadə, Seymur Əliyev və İsmayıl Bünyatov milli komandanın heyətində Moldovanın Kişinyov şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər. İyun ayının 12-də başlanacaq hazırlıq prosesi 8 gün davam edəcək.

Xəbər xətti