"Qarabağ" "Neftçi"yə təklif göndərib, cavab gözləyir

17:11 - 11 İyun 2014

Quliyev hər an Ağdam təmsilçisinə keçə bilər
 
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək  "Qarabağ" klubu müadifə xəttini yerli futbolçu ilə gücləndirmək qərarına gəlib. Bu məqsədlə Ağdam təmsilçisi "Neftçi"nin gənc futbolçusu Tərlan Quliyevi heyətinə cəlb etmək istəyir.

Sportal.az xəbər verir ki, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına bildirib ki, futbolçu ilə bağlı  "Qarabağ"dan rəsmi təklif alıblar.

"Hazırda bu məsələ ilə bağlı "Qarabağ" rəhbərliyi ilə danışıqlarımız davam edir. Söhbət təkcə maliyyə məsələrindən getmir. Bu işlər kompleks şəkildə həll olunur. Hələ ki, konkret bir söz deyə bilmərəm. Danışıqların nəticəsinə uyğun olaraq ictimaiyyət məlumatlandırılacaq" - deyə o bildirib.

Qeyd edək ki, həm müdafiənin mərkəzində, həm də cinahda oynayan T.Quliyev U-21 milli komandamızın üzvüdür.

Xəbər xətti