Dənizli: "Yayılan xəbərlər doğru deyil"

19:13 - 11 İyun 2014

Türkiyəli mütəxəssis "Qalatasaray"a keçidi haqda danışdı
 
"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis ölkə mətbuatına danışaraq xəbərləri təkzib edib:

"Qalatasaray"la heç bir danışığım olmayıb. Yayılan xəbərlər doğru deyil".

Qeyd edək ki, Mustafa Dənizli Roberto Mançininin "Qalatasaray"dan ayrılmasından sonra "Cim Bom"un baş məşqçi vəzifəsinə əsas namizədlər sırasında göstərilir.

Xəbər xətti