"Neftçi" sabah Azərbaycanı tərk edir

20:05 - 11 İyun 2014

Komanda Boluya yollanır
 
Avropa Liqasında çıxış edəcək "Neftçi" təlim-məşq toplantısı üçün Türkiyəyə gedir.

Sportal.az xəbər verir ki, paytaxt klubu bu ölkənin Bolu şəhərində hazırlıqlarını davam etdirəcək.

15 gün bu şəhərdə hazırlıq keçəcək "Neftçi" bu müddətdə iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, 5 gündü Bakıda hazırlıqlara başlayan “Neftçi” iyulun 1-dən Avstriyada toplanış keçəcək.

 

Xəbər xətti