Luçesku "Qalatasaray"dan vaxt istədi

11:32 - 12 İyun 2014

Yeni baş məşqçi kim olacaq
 
"Qalatasaray" Roberto Mançininin istefa verdiyi baş məşqçi vəzifəsi üçün "Şaxtyor"un çalışdırıcısı Mirça Luçeskuya təklif göndərib.
 
Sportal.az xəbər ki, rumıniyalı mütəxəssis İstanbul klubunun ona göndərdiyi təklifi qəbul edib.

Ancaq M.Luçeskunun Donetsk təmsilçisi ilə bir illik müqaviləsi olduğu üçün o, klubdan ayrılmasına "Şaxtyor"un prezidenti Rinat Axmetovu razı salmalıdır. Təcrübəli mütəxəssisin buna görə "Qalatasaray"dan bazar gününə kimi vaxt istədiyi iddia edilib.

Xəbər xətti