Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, futbola “İnter”də başlayan, “Neftçi”də tanınan və “Sumqayıt”da oynayan Tərlan Quliyev artıq azad agentdir. “Neftçi” bu gün Türkiyəyə getsə də, Tərlan Quliyev səndlərini götürüb və Bakıda qalıb. Artıq "Neftçi"dən ayrıldığını əməkdaşımızla söhbətində Tərlanın özü də təsdiqləyib.
Oyunçu “Qarabağ”a keçmək üzrədir. Onun müqaviləsi və buna görə ödənilən pul məsələsi iki klub arasında həll edilib.
Qeyd edək ki, Tərlan Quliyev sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi mövqeyində çıxış edir.