"Fənərbaxça"dan ayrılacaq ilk futbolçunun adı məlumdur

10:30 - 13 İyun 2014

Braziliyalı komandanı tərk edir
 
Bu yay Diyeqo Ribasın gəlməsi ilə legioner oyunçu sayı 13-ə qalxan "Fənərbaxça"da ilk yola salınacaq oyunçunun adı bəlli olub.
 
Sportal.az xəbər verir ki, bu 5 mövsümdü "sarı lacivərdli" formanı geyinən braziliyalı yarımmüdafiəçi Kristian Baronidir. Yeni mövsüm üçün legioner oyunçu sayının 5+3 sisteminin tətbiq edilməsi səbəbi ilə texnikin heyətin komandada görmək istəmədiyi Baroniyə həm Türkiyə, həm də Braziliyadan bir neçə təklif var. "Fənər" lə hələ bir illik müqaviləsi olan Baroninin klubdan ayrılmasında heç bir problem yaşanmayacağı gözlənilir. "Sarı kanarya" ilə 184 rəsmi matça çıxan braziliyalı 28 dəfə rəqiblərini məyus edə bilib. Qeyd edək ki, klubdan ayrılması gündəmdə olan digər oyunçular isə Holmen, Krasiç, Yobo və Stokdur.

Xəbər xətti