"Simurq"da 3 yeni müqavilə

13:18 - 14 İyun 2014

Məşqçilər heyəti daha iki il Zaqatala təmsilçisində
 
"Simurq" əvəzedici heyətin baş məşqçisi Rövşən Babayev, köməkçisi Asif Ramazanov və qapıçılarla işləyən məşqçi Rauf Mehdiyevlə yeni müqavilə imzalayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər üç mütəxəssis daha iki il komandanın sükanı arxasında çalışacaqlar. Qeyd edək ki, əvəzedici heyət bu məşqçilərin rəhbərliyi altında son iki mövsümdə ölkə birinciliyində medalçılar sırasına düşüb. 2012/13-cü il mövsümündə komanda gümüş, 2013/14-cü ildə isə bürünc medallar qazanıb.

Xəbər xətti