Cavid İmamverdiyev: "Bu məsələ haqda çox danışmaq istəmirəm"

17:37 - 15 İyun 2014

"Klubum nə məsləhət bilsə, elə də olacaq"
 
“Neftçi” PFK-nın yarımmüdafiəçisi Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, son günlərdə aktual olan futbolçunun "Ankaraspor"a keçidi barəsində danışıb.

“Bir neçə gün əvvəl “Neftçi” klubu mənimlə müqavilə yenilədi. Hazırda Boluda komandamla birlikdə yeni mövsümə hazırlaşırıq. Lakin mənim Türkiyənin “Ankaraspor” komandasına keçmək variantım da var. Bilirəm ki, iki klub arasında keçidimlə bağlı danışıqlar davam edir. Bu məsələ haqda çox danışmaq istəmirəm. Müqavilə ilə “Neftçi” PFK-ya məxsusam və klubum nə məsləhət bilsə, elə də olacaq”.

Xəbər xətti