Luçesku "Qalatasaray"a gəlmədi

03:21 - 16 İyun 2014

Baş məşqçi komandasını tərk etməyəcək
 
“Qalatasaray”a baş məşqçisi təyin olunacağı gözlənilən Mirça Luçesku hazırkı klubu “Şaxtyor”da qalmağa qərar verib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis daha bir il Donetsk “Şaxtyor”unu çalışdıracaq.

Təcrübəli mütəxəssis bir müddət əvvəl “Qalatasaray”a gələcəyinə razılıq versə də, “Şaxtyor”un prezidenti Rinat Əhmədovun təkidi ilə öz klubu ilə yeni bir illik müqavilə imzalayb. Luçeskunun “Şaxtyor”da ilinə 4.5 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2000-2002-ci illər mövsümündə "Qalatasaray"ı çalışıdıb.

Xəbər xətti