Daha 5 futbolçu "Neftçi"yə qoşuldu

00:07 - 17 İyun 2014

Komanda tam heyətlə hazırlaşır
 
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi”  bu gündən etibarən tam heyətlə məşq edir.

Sportal.az xəbər verir ki,  məşqçilər korpusunun icazəsi ilə 5 futbolçu - Flavio Aleks Valensio, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi və Ernest Nfor hazırlığa dünən qoşulublar.

Xatırladaq ki, “Neftçi” bu gün yoxlama oyunu keçirəcək. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq oyunda Bakı təmsilçisinin rəqibi Gürcüstanın “Çixura” klubu olacaq.

Xəbər xətti