"Neftçi" ilk yoxlama matçında məğlub oldu

20:54 - 17 İyun 2014

Gürcüstan təmsilçisi son dəqiqə qolu ilə sevindi
 
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" klubu bu gün ilk yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstan kubokunun finalçısı "Çixura" klubu ilə qarşılaşıb. Bu görüşdə "Neftçi" 2:3 hesabı ilə uduzb. Bakı təmsilçisi matçın son dəqiqəsində qapısından qol buraxaq meydanı məğlub tərk edib.


17 iyun

Yoxlama oyunu


18:30. "Neftçi" (Azərbaycan) – "Çixura" (Gürcüstan) 2:3
Qollar: Odikadze, 11-pen (0:1),83 (2:2), Samir Məsimov, 19 (1:1), Denis Silva, 34 (2:1), Mumladze, 90+2 (2:3)

Xəbər xətti