"Neftçi"nin növbəti rəqibi məlum oldu

17:50 - 18 İyun 2014

Komanda yenə "Çixura" ilə qarşılaşacaq
 
"Neftçi” klubu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Sportal.az xəbər verir ki, "ağ qaralar" hazırlıq çərçivəsindəki ikinci yoxlama oyununu da “Çixura” klubuna qarşı keçirəcək.

Komanda ilk oyunda məğlub olduğu (2:3) Gürcüstan kubokunun finalçısı ilə bu dəfə iyunun 20-də qarşılaşacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Xəbər xətti