Cavid İmamverdiyev "Neftçi"də qaldı

14:11 - 19 İyun 2014

"Ankaraspor" öz öhdəliyini yeerinə yetirmədi
 
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Türkiyənin "Ankaraspor" klubuna keçməyəcək.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu Türkiyə təmsilçisinə İmamverdiyevi 1 illik icarəyə götürmək üçün vaxt vermişdi.

Lakin nəzərdə tutulan vaxtda "Ankaraspor" nümayəndələri öz öhdəliklərini yerinə yetirməyiblər. Türkiyə klubuna verilən vaxt bitdiyi üçün danışıqlar dondurulub və İmamverdiyevin "Neftçi"də qalmasına qərar verilib.

Xəbər xətti