Əvvəlcə "Neftçala", daha sonra "Rəvan"
"Sumqayıt" komandası iyunun 23-dən iyulun 15-dək təlim-məşq toplanışının ilk etapını keçirəcək.
Sportal.az xəbər verir ki, bu müddət ərzində komanda 4 yoxlama oyunu planlaşdırıb. Artıq 2 rəqib bəllidir. Belə ki, 5 iyulda "Neftçala", 12 iyulda isə "Rəvan"la qarşılaşacaq komandanın Azərbaycandakı toplanışı iyulun 15-də yekunlaşacaq. Bu müddətdən sonra isə 2 həftəlik Kartepe (Türkiyə) toplanışı başlayacaq.
saytlarin hazirlanmasi