Sneyder "Qalatasaray"dan ayrıla bilər

20:03 - 19 İyun 2014

"Qalatasaray" ulduz futbolçusunu itirə bilər
 
İstanbul klubunun hollandiyalı futbolçusu Sneyder növbəti mövsümdən komandada olmaya bilər.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu İngiltərə mətbuatına açıqlamasında millinin hazırkı baş məşqçisi Van Qaalın növbəti sezondan "Mançester Yunayet" klubunu çalışdıracağını və onun Sneyderi də bu komandada görmək istədiyini deyib.
 
""Qalatasaray"a öyrəşmişəm. Orda hər bir adamla çox mehribanam. Buna baxmayaraq Van Qaalın da təklifini göz ardı vurmamalıyam. Onu da fikirləşirəm". 
 
Qeyd edək ki, Sneyder son mövsümdə İstanbul klubunun heyətində 42 oyuna 17 qol vurub. 

Xəbər xətti