"Trabzonspor" "Spartak"a "yox" dedi

14:33 - 20 İyun 2014

Olcan Adın Rusiya klubunda?
 
"Spartak" "Trabzonspor"un yarımmüdafiəçisi Olcan Adını heyətinə qatmaq istəyir.
 
Sportal.az xəbər verir ki, Moskva klubunun yeni baş məşqçisi Murat Yakın onu komandasında görmək istəyir.

Lakin "Spartak"ın təklifi "Trabzonspor" tərəfindən qəbul olunmayıb. Olcanın böyük ehtimalla "Qalatasaray" və "Beşiktaş"a transfer olacağı gözlənilir. Buna baxmayaraq, Trabzon təmsilçisi hələ ki, İstanbul nəhənglərilə razılaşmayıb.

Olcan Adın geridə qalan mövsümdə 32 qarşılaşmada forma getmiş, 10 qol və 5 məhsuldar ötürməylə yadda qalmışdı.

Xəbər xətti