"Neftçi" revanş matçına çıxır

18:14 - 20 İyun 2014

Komandanın start heyəti məlumdur
 
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" Avropa Liqasına hazırlığı davam etdirir.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxacaq.

"Ağ-qaralar"ın rəqibi yenə Gürcüstanın elita təmsilçisi "Çixura" olacaq.

Xatırladaq ki, "Neftçi" iki gün öncə də Boluda bu komanda ilə qarşılaşmış və 2:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
20 iyun

18:30. Neftçi - Çixura


"Neftçi"nin start heyəti: Emil Balayev, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Bruno Bertuççi, Kaue, Mirhüseyn Seyidov, Samir Məsimov, Flavinyo, Julius Vobay, Ernest Nfor.

Xəbər xətti