"Şemonayevin bir zaqatalalı kimi bizə etdiyi xəyanəti heç vaxt bağışlaya bilmərik"

00:16 - 22 İyun 2014

Zaqatalalı futbolçu azarkeşlərin tənqidinə məruz qalıb
 
AZAL-dan ayrılan Aleksandr Şemonayevin "Simurq"a keçidi ilə bağlı klub rəhbərliyi ilə razılaşıb, amma son anda fikrini dəyişdirərək "Xəzər Lənkəran"a keçib.
 
Sportal.az xəbər verir ki, Şemonayevin "Xəzər Lənkəran"a keçidi Zaqatala azarkeşlərin qəzəbinə səbəb olub. "Simurq" azarkeşlərinin ağsaqqalı sayılan bu barədə İnqilab Sultanov öz fikirlərini bölüşüb:
 
"Simurq" rəhbərliyi futbolçular, hətta top daşıyanlar bu gün var, sabah yoxdur. Ancaq Saşa Şemonayevin bir zaqatalalı kimi bizə etdiyi xəyanəti hec vaxt bağışlaya bilmərik. Bir zaqatalali kimi mən Saşanin bu hərəkətinə xəyanət kimi baxıram. İnsan gərək hec vaxt pula əyilməsin.Saşa yadina sal ki sənə dəstək olan azərkeşlərin heç çörək almağa pulu da yoxdur.Zaqatalanı pula dəyişmək ən azından xəyanətdir.Saşa yadında saxla ki, sən bir futbolçu kimi Zaqatala xalqının qarşısında heç kimsən".

Xəbər xətti