"Neftçi" üçün daha iki rəqib

17:54 - 22 İyun 2014

Komanda daha iki yoxlama oyunu keçirəcək
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" təlim-məşq toplanışını Türkiyənin Bolu şəhərində davam etdirir.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" növbəti 2 yoxlama görüşünü Səudiyyə Ərəbistanının komandalarına qarşı keçirəcək. Hacıyevin yetirmələri iyunun 25-də "Al Qadisiyah", bundan iki gün sonra isə "Faisal" ilə qarşılaşacaq. Qeyd edək ki, bundan öncə iki dəfə “Çixura” ilə oynayan “Neftçi” qələbəyə nail ola bilməyib.

Xəbər xətti