Prezident futbolçularla söhbət edib "Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən komandanın düşərgəsinə gəlib. Sportal.az xəbər verir ki, klub prezidenti komandanın hazırlığı və təlim-məşq toplanışının gedişatı ilə yaxından tanış olub. Məşqçilər heyəti və futbolçularla görüşən Sadıq Sadıqov onlara öz tövsiyyələrini verib və Avropa Liqasına hazırlıq prosesində uğurlar arzulayıb. saytlarin hazirlanmasi