"Neftçi"nin yeni kapitanı legioner oldu

17:06 - 25 İyun 2014

Hüseynov və Yunuszadə vitse-kapitan seçildi
 
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib.
 
Sportal.az xəbər verir ki, toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub. Müzakirələrdən sonra artıq 5-ci mövsümdür ki, flaqmanın heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.

Xəbər xətti