"Neftçi" yoxlama oyununda qələbə qazandı

21:30 - 25 İyun 2014

"Ağ-qaralar"dan inamlı qalibiyyət
 
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan paytxat klubu "Neftçi" oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, son ölkə kubokunun qalibi Səudiyyə Rəbəsitanının “Əl-Kadisiya” klubu ilə qarşılaşıb. 
 
Gərgin keçən mübarizədə təmsilçimiz 3-1 hesabı ilə qələbə qazanıb. 
 
"Neftçi"nin heyətində qolları J.Vobay (45), R.Qurbanov (47), N.Qurbanov (82) vurub.
 
Xatırladaq ki, "Neftçi" bundan əvvəlki yoxlama oyunlarında bir dəfə heç-heçə, bir dəfə də məğlub olmuşdu.

Xəbər xətti