Baş məşqçi qalibiyyətə şərh verdi
Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” PFK üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Al Qadisiyah” klubuna 3:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, görüşdən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyunla bağlı klubun rəsmi saytına açıqlama verib:
“Rəqib tanımadığımız komanda, bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam. Əsas məqsədimiz iyulun 17-də keçiriləcək Avroliqadakı ilk oyunumuza hazırlıqdır və bu yöndə də işlərimiz gedir. Azarkeşlər bu mövsüm də “Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.
saytlarin hazirlanmasi