Əvvəlcə "Neftçala", daha sonra "Rəvan"

17:00 - 27 İyun 2014

"Sumqayıt" hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın 2014/2015 mövsümü üçün hazırlıqlara start verən "Sumqayıt" Futbol Klubu baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla məşqlərini davam etdirir.
 
Sportal.az xəbər verir ki, bu həftə ərzində cəmi bir məşqlə kifayətlənən komanda növbəti həftədən hazırlıq prosesini bir qədər də intensivləşdirəcək. "Sumqayıt" FK hazırlığın 1-ci mərhələsi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 5-də Sumqayıtda "Neftçala", 12-də isə Bayıl Arenada "Rəvan"la yoxlama matçında üz-üzə gələcək.

Xəbər xətti