Bu il avropa liqasında mübarizə aparacaq "Neftçi" klubu Bakıya qayıdıb
Paytaxt təmsilçisi bir neçə günlük istirahətə buraxılıb.
Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, Avropa Liqasına 2-ci mərhələdən qatılacağ "ağ-qaralar" təlim -məşq toplanışının ikinci və əsas mərhələsini keçmək üçü Avtsryaya yola düşəcək.
Klub burada 4 yoxlama oyunu keçirəcək. Bu oyundakı rəqiblərdən artıq 2-si məlumdur. "Neftçi" ilk oyununu Almaniyanın "Dinamo" (Drezden) klubu ilə iki dəfə qarşılaşacaq.
Üçüncü rəqib Rumıniyanın əsas liqasında mübarizə aparan "Botoşan" klubu olacaq. 4-cü oyun iyul ayının 9-da keçirilməsi planlaşdırılır. Hələlik rəqibin kimliyi məlum deyil.
Qeyd edək ki, "Neftçi” Avropa Liqasının ikinci mərhələsində “Koper” – “Çelik” cütünün qalibi ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi