"Neftçi" Avstriyaya yollanacaq

11:22 - 30 İyun 2014

Komanda daha 4 yoxlama oyunu keçirəcək
 
Ölkəmizi Avroliqada  təmsil edəcək “Neftçi” klubu Türkiyə toplanışını başa vuraraq, vətənə qayıdıb.

Sportal.az xəbər verir ki, 3 gün istirahət edəcək komanda daha sonra toplanışın əsas mərhələsi üçün Avstriyaya yollanacaq.

Klub burada 4 yoxlama oyunu keçirməyi düşünür ki, bunlardan artıq 3 oyunda rəqiblər məlumdur. “Neftçi” Almaniyanın 3-cü liqa klubu Drezden “Dinamo”su ilə 2 dəfə üz-üzə gələcək. Toplanışda 3-cü oyun Rumıniyanın yüksək liqa klubu “Botoşan”a qarşı keçiriləcək. 4-cü oyun iyulun 9-da gerçəkləşəcək ki, hazırda rəqibin dəqiqləşdirilməsi işi gedir.

Xəbər xətti