Komandada yeni braziliyalı "Xəzər Lənkəran" Türkiyənin Ərzurum şəhərində növbəti mövsümün hazırlığını davam etdirir. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında sabah komandaya yeni braziliyalının qoşulacağını bildirir. Bu, braziliyalı Fernandinyo Qabrieldir. Futbolçunun mövqeyi isə pleymeykerdir. Qeyd edək ki, Fernandinyo "Xəzər Lənkəran"a baxışa yox, birbaşa müqavilə imzalamağa gəlir. saytlarin hazirlanmasi