"Neftçi" üçün Gürcüstan təmsilçisi

18:11 - 1 İyul 2014

Komanda sabah ilk oyununa çıxacaq
 
"Neftçi”nin əvəzedici heyəti yeni mövsümə hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, iyulun 10-dək Gürcüstanın Ureki şəhərində təlim-məşq toplanışında olacaq komanda hazırlıq çərçivəsində sabah ilk yoxlama oyununu keçirəcək.
 
Rəqib Gürcüstan çempionatının birinci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) olacaq.
 
“Neftçi” təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirməyi nəzərdə tutub.

Xəbər xətti