Azərbaycanlı hakimlər Avrokubok oyunlarını idarə edəcək
Əliyar Ağayev və Anar Salmanov Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləəck "Aktobe" (Qazaxıstan) - "Dinamo Tiblisi" (Gürcüstan) oyunu FİFA-nın ən gənc referilərindən olan Əliyar Ağayevə tapşırılıb. Oyun iyul ayının 23-də Qazaxıstanda keçiriləcək.
Anar Salmanov isə Avropa Liqasına təyinat alıb. Təcrübəli hakim "Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa) cütünün qaliblərinin oyununu idarə edəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi. 23 iyul
"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim:Əliyar Ağayev
Baş hakimin köməkçiləri:Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim:Rauf Cabbarov
Avropa Liqası, II təsnifat mərhələsi. 24 iyul
"Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa)
Baş hakim:Anar Salmanov
Baş hakimin köməkçiləri:Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim:Rəhim Həsənov
saytlarin hazirlanmasi