Semih daha iki il "Qalatasaray"da

21:05 - 2 İyul 2014

Gənc futbolçu seçimini etdi
 
"Qalatasaray" gənc futbolçu ilə müqaviləni uzadıb.
 
Sportal.az xəbər verir ki, daha öncə Burak Yılmaz və Selçuk İnan ilə müqaviləni yeniləyən İstanbul təmslçisi bu dəfə Semih ilə müqaviləni uzadıb. 
 
Əvvəlki sözləşməsi 2016-cı ilə qədər olan futbolçu müqaviləni 2 il uzadaraq 2018-ci ilə qədər edib. Gənc oyunçu klubdan ilinə 1.5 milyon avro qazanacaq.

Xəbər xətti