Komanda bu gün "Dinamo" ilə gücün sınayır
	 
	Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” klubu hazırda Avstriyada təlim-məşq toplanışındadır. 
	 
	Sportal.az xəbər verir ki, Böyükağa Hacıyevin başçılıq etdiyi komanda bu gün növbəti yoxlama görüşünə çıxacaq. Buna qədər “Dinamo” (Kiyev) ilə sülh bağlayıb, “Botoşani”yə uduzan “Neftçi” Drezden “Dinamo”su ilə üz-üzə gələcək.
	
	İyulun 10-da vətənə qayıdacaq komanda sonuncu yoxlama görüşünü iyulun 9-da keçirəcək ki, həmin oyundakı rəqib bu gün müəyyənləşəcək. 
                      
saytlarin hazirlanmasi