"Ağ qaralar" növbəti yoxlama oyununu keçirib
	
	Paytaxt təmsilçimiz "Neftçi" Avstryada təlim-məşq toplanışını davam etdirir.
	
	Sportal.az xəbər verir ki, klub bu gün daha bir yoxlama oyunu keçirib. Rəqib Almaniyanın "Dinamo" (Dresden" klubu olub. Oyun 2-1  Almaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 
	
	Qeyd edək ki, bu klubların 2012 və 2013-cü illərdə keçirilən yoxlama oyunlarında da Almaniya təmsilçisi qələbə qazanıb. 
 
      
                    