Ulduz futbolçu "Qalatasaray"a geri dönür

17:05 - 7 İyul 2014

Necati Ateş sabiq komandasına qayıdır

 

“Qalatasaray” "Eskişehirspor" ilə ipləri qoparan Necati Atəşlə razılığa gəlib. Ulduz futbolçu da bu görüşü təsdiqlədi və "”Qalatasaray” ilə razılaşdıq" dedi.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi  ilə cümə günü görüşüb razılaşan Necati Atəş, yenidən sarı-qırmızılı formanı geyməyə hazırlaşır. Necati "Qalatasaray” ilə razılaşdıq. Mənə görə, artıq heç bir problem yoxdur "deyib.

 

Qeyd edək ki, 2004-2009 illərdə  “Qalatasaray”da oynayan Necati 2012-ci ildə də  "sarı-qırmızılılar"a geri dönmüş və bir il daha forma geyinmişdi.

Xəbər xətti