Prandelli "Qalatasaray" ilə müqavilə imzaladı VİDEO

20:00 - 8 İyul 2014

İtaliya millisindən ayrılan təcrübəli mütəxəssisin yeni iş yeri müəyyənləşib
 
"Qalatasaray"la 2 illik müqavilə imzalayan italyan məşqçi Cesara Prandelli iddialı açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, Prandelli 4 ulduz futbolçu transfer etmək istədiyini bildirib: 
 
"Yaxşı oyunçularımız var. İlk əvvəl 4 müdafiəçi, 3 yarımmüdafiəçi ilə komandanı oynatmaq istəyirəm. Əhəmiyyətli olan futbolçuların bu sistemdə necə oynamağını görməkdir. Roberto Mançinidən ilk eşitdiyim şey, komandanın müvəffəqiyyətli olması ilə bağlı idi. Hədəfimiz 4 futbolçu almaq və Çempionlar Liqasında mümkün qədər irəliləməkdir. Pirlo kimi həmişə qazanan və sakit futbolçuları sevirəm. Heyəti 25-27 oyunçuyla məhdudlaşdırmağı planlaşdırırıq". 
 
İtalyan mütəxəssis "Fənərbağça" ilə oynanılacaq Super Kubok oyunu üzərində indidən fikirləşdiyini də sözlərinə əlavə edib. Prandelli Balotellinin "Qalatasaray"a gətirəcəyi ilə bağlı suala konkret cavab verməkdən yayınıb: "İndi bunun barəsində danışmaq istəmirəm". 
 
Prandellinin təqdimat mərasimində iştirak edən "Qalatasaray"ın prezidenti Unal Aysal Uesli Sneyderi 20 milyon avroya satacaqlarını sözlərinə əlavə edib. 
 
 

Xəbər xətti