"Bura çoxdandır gəlmək istəyirdim, qismət bugünə imiş"
"Fənərbaxça"nın "Atletiko"dan transfer etdiyi Dieqo Ribas bu gün səhə saatlarında İstanbula gəlib.
Sportal.az xəbər verir ki, futbolçunu hava limanını klub rəsmiləri və "Fənərbaxça"lı azarkeşlər qarşılayıb. O, transferi haqda da kiçik bir açıqlama verib:
"Bura çoxdandır gəlmək istəyirdim, qismət bugünə imiş. Bir xəyalım gerçəkləşdi. "Fənərbaxça"da qollar vurub özümü yenidən tanıtdırmaq istəyirəm. Ümid edirəm ki, bu yolda azarkeşlər də öz dəstəklərini əsirgəməyəcəklər"
saytlarin hazirlanmasi