"Qalatasaray" futbolçularını qovdu

21:12 - 12 İyul 2014

"Qalatasaray" yeni mövsümə ciddi səylə hazılaşır
 
Səbri Sarıoğlundan sonra 9 futbolçu daha klubun düşərgəsinə aparılmayacaq. Bu barədə İstanbul təmsilçinin yeni baş məşqçisi italyalı Çesara Prandelli qərar verib. 
 
Sportal.az xəbər verir ki, Prandelli bu qərarını verərəkən sabiq baş məşqçi Mançininin də tövsiyələrini nəzərə alıb. Futbolçulardan Səbri Sarıoğlu, Engin Baytar, Gökhan Zan, Endoğan Adil, Lukas Ontiveiro, Sercan Yıldırım, İgid Gökoğlan, Emmanuel Eboue, Dani və Kaan Baysalın adı klubun əsas heyətinin siyahısına düşməyib.
 
Qeyd edək ki, "Qalatasaray" klubu təlim məşq toplantısı üçün Avstriyaya yollanacaq. Klub Türkiyə çempionatı və Çempionlar Liqasına hazırlıq etapını orada keçirəcək.

Xəbər xətti