"Sumqayıt"ın futbolçuları jurnalistə hədə-qorxu gəldi

00:33 - 13 İyul 2014

Futbolumuzda növbəti xoşagəlməz hadisə
 
“Sumqayıt” – “Rəvan” oyunundan öncə birincilərin iki futbolçusu – Məhəmməd Qurbanov və Andrey Popoviç Futbol+ qəzetinin əməkdaşı Rəşad Qasımovla haqq-hesab çəkməyə çalışıblar.

Sportal.az xəbər verir ki, milliləşdirilmiş legionerlər qəzetdə məhz Rəşadın imzası ilə gedən yazıya etiraz edərək, onu hədələyiblər.

Qasımov isə bununla əlaqədar olaraq, “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevə müraciət edib və məsələni daha da araşdıracağına söz verib.

Qeyd edək ki, Qasımov futbolçuların gecə həyatı barədə yazı hazırlamış və bu iki futbolçuların özbaşnalığını qabartmışdı.

 

Xəbər xətti