Runi Türkiyəni seçdi

20:00 - 14 İyul 2014

Futbolçu burada istirahət edəcək
 
İngiltərənin "Mançester Yunayted" klubunun formasını geyinən məşhur futbolçu Ueyn Runi yay tətili üçün Türkiyəni seçib.
 
Sportal.az xəbər verir ki, məşhur hücumçu ailəsi ilə birlikdə Türkiyənin Antalya şəhərində istirahət edəcək.
 
Dünyada ən çox pul qazanan 5 futbolçudan biri olan Runi dostlarının məsləhəti ilə bu qərara gəlib.
 
Qeyd edək ki, Runi Braziyada yerləşən məşhur otelllərdən birində ailəsi ilə birlikdə Argentina-Almaniya qarşılaşmasını izləyib.

Xəbər xətti