Gənc futbolçu "Sumqayıt"dan ayrılmağının səbəbini açıqladı

14:17 - 15 İyul 2014

"Ona görə də məşqlərdə maksimum gücümü ortaya qoya bilmirdim"
 
"Artıq “Sumqayıt”dan ayrılmışam. Bunun da səbəbi belimdə ağrıların olmasıdır. Yenə ağrılar məni narahat edir, ona görə də məşqlərdə maksimum gücmü ortaya qoya bilmirdim. Fikirləşdim ki, “Rəvan”a qayıtsam, daha yaxşı olar. Aqil müəllimlə (Məmmədov) danışdım, o da məni başa düşdü”.

Bu sözləri Sportal.az-a açıqlamasında bu mövsüm “Sumqayıt”a keçən  və zədə səbəbindən yenidən “Rəvan”a qayıdan gənc perspektivli futbolçu Elvin Həsənəliyev bildirib. O, zədəsinin son durumuna da aydınlıq gətirib:

“May ayında nə lazımdırsa, etdim, amma zədəm sağalmadı. Vallah, heç özüm də dəqiq bilmirəm, bu ağrılar nədir. Həkimlər deyiblər ki, cürbəcür apparatlardan keçməliyəm, indi də onlarla maraqlanıram. 1-2 günə müalicəyə başlayacam, hələ ki, həkimlər bəzi iynələr vurublar”.

Qeyd edək ki, ötən mövsüm Həsənəliyev Güvənc Kurtarın rəhbərliyi altında əsas heyətdə meydanda olurdu.

Xəbər xətti